AZ

"ARGO 23" cərimələnə bilər

"ARGO 23" Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.

Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məclləsinin 544.2-ci maddəsi (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməmə) ilə inzibati protokol tərtib olunub.

İşə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "ARGO 23" dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının hələlik vaxtı məlum deyil.

Sadiq İsbəndərli
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
valyuta.az

1Mənbələr