AZ

Rusiyada elmi-tədqiqat institutunda yanğın - azı 2 nəfər ölüb - YENİLƏNİB

18:24

Moskva vilayətində "Platan" Elmi-Tədqiqat İnstitutunun əsas binasında yanğının sahəsi 4 min kvadrat metrə çatıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Artıq iki nəfərin öldüyü bildirilib. Onların özlərini yanan binanın 7-ci mərtəbəsində atdığı qeyd olunub.

FHN-nin məlumatında o da bildirilib ki, binada partlayış olub və bina tamamilə tüstü ilə örtülüb. Binanın daxilində konstruksiyaların uçması baş verib. Yanğını söndürmək üçün əraziyə iki helikopteri cəlb olunub.

-------
18:16

Moskva vilayətinin Fryazino şəhərində Platan Elmi-Tədqiqat İnstitutunda yanğın baş verib.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, yanğının baş verdiyi binada 9 nəfər var.

Yanğın binanın 3 mərtəbəsini bürüyüb.

Teleqram kanallarının yaydığı məlumata görə, binada partlayış baş verib.

İnstitunun nəzdində fəaliyyət göstərən "Nİİ Platan" zavodu Rusiyada elektron şüa cihazları və yarımkeçirici lazerlər, həmçinin maye kristal ekranlar hazırlayır.

Yanğının hansı səbəbdən baş verdiyi barədə rəsmi açıqlama verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
4
olaylar.az

7Mənbələr