2024/25 mövsümünə hazırlığını Türkiyədə davam etdirən "Zirə" heyətini gücləndirmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, Bakı təmsilçisi vinger transfer etmək niyyətindədir. Rəşad Sadıqov sol ayaqlı sağ cinah yarımmüdafiəçisi axtarışındadır. Düzdür, bu mövqedə Salifu Suma çıxış edir. Amma təcrübəli mütəxəssis qvineyalı futbolçunun mümkün gedişini və zədələnməsini nəzərə alaraq işini ehtiyyatlı tutmağa çalışır.