AZ

Quterreş Dağıstandakı terror aktını pisləyib

BMT-nin baş katibi Antonio Quterreş Dağıstanda baş verən terror aktı ilə əlaqədar Rusiya xalqına başsağlığı verib.Elchi.az xəbər verir ki, onun sözlərini baş katibin sözçüsü Stefan Düjarrik rəsmi internet saytında dərc etdiyi bəyanatda çatdırıb.“BMT-nin baş katibi Dağıstanda yəhudi və xristianların dini obyektlərinə və təhlükəsizlik qüvvələrinə qarşı törədilən terror aktlarını ən kəskin şəkildə pisləyir”, – deyə bəyanatda deyilir.Quterreş həlak olanların ailələrinə, Rusiya xalqına və hökumətinə başsağlığı verib, həmçinin həlak olanların tezliklə sağalmasını arzulayıb.YeganəMənbə: Lenta.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
elchi.az

1Mənbələr