AZ

Moskva vilayətində baş verən yanğında iki nəfər ölüb - VİDEO

Moskva yaxınlığındakı Fryazinoda baş verən yanğında iki nəfər ölüb.

Qaziler.az bildirir ki, bu barədə iyunun 24-də Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.

“Təəssüf ki, Fryazinoda baş verən yanğında iki nəfər həlak olub. Yanğınsöndürənlər yanğını söndürməyə davam edir. Hadisə yerində 12 təcili yardım briqadası var”, - o, Telegram kanalında yazıb.

“İzvestiya”nın mənbəsinin məlumatına görə, bir nəfər yanğından xilas olmaq üçün səkkizinci mərtəbənin pəncərəsindən özünü atıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi yanğın sahəsinin 4 min kvadratmetrə çatdığını bildirib.  "Moskva Aviasiya Mərkəzindən Ka-32 vertolyotu hadisə yerinə gedir", - idarənin Telegram kanalında deyilir.

Məlumata görə, yanğının söndürülməsinə 100-dən çox mütəxəssis və 40 texnika cəlb olunub.

 

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
qaziler.az

1Mənbələr