AZ

Sertifikasiya müəllimlərlə bağlı gözləntiləri doğrultdu?

Xəbər verdiyimiz kimi, təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb. 21, 22, 24 iyun tarixlərində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 27 imtahan mərkəzini əhatə edib.

Test imtahanlarında 23 448 müəllim iştirak edib. İmtahanlarda 97,5% davamiyyət qeydə alınıb.

Bəs imtahanların ümumi nəticələrindən gözləntilər nələrdir?
 

Modern.az mövzu ilə bağlı təhsil eksperti Elçin Muradın fikrini öyrənib. 

“Serifikatlaşdırmada məqsəd təhsildə təlim və tədris ilə məşğul olanları şəffaf şəkildə məqbul, yoxsa qeyri-məqbul olduğunu təsbit etməkdir. Bu il müxtəlif vaxtlarda sertifikasiya imtahanları keçirildi və təəssüf ki, orta məktəbdə dərs verən müəllimlərin bir qisminin yaxşı vəziyyətdə olmadığı aşkar olundu”.
 

Ekspertin sözlərinə görə, nəticələr cəmiyyətdə bəzi suallar doğurur. O, sertifikasiyanın test imtahanlarından kəsilənlərə diqqət çəkib:


“Bu müəllimlər öz fənlərini necə dərs tədris ediblər? Onların təhsil verdikləri şagirdlərin təhsil səviyyələri nə yerdədir? Mövcud vəziyyət bu suallara açıq şəkildə cavab verir ki, valideynlər övladının təhsilini başqa yerlərdə (kurslarda və ya repetitor yanında) möhkəmlətməyə çalışırlar. Məktəblərdəki bu cür neqativ halları aradan qaldırmaq üçün sertifikasiya imtahanlarının hər il keçirilməsi doğru addımdır. Bütün bunlarla yanaşı, orta məktəblərdə öz ixtisası üzrə yüksək nəticələrə sahib olan müəllimlərin olması təbii ki, sevdirici haldır. Yaxın gələcəkdə ümid edirəm ki, orta məktəblərdə təhsil daha yüksək səviyyəyə çatdırılacaq”.
 

Rəşid Qarayev

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
modern.az

1Mənbələr