AZ

Ötən il Qafqazda və Cənubi Asiyada startaplarda nə qədər pul dövr edib? – Ən aşağı rəqəm bu ölkədədir...

“Azərbaycan regionda startaplara ən az yatırım edən ölkələr sırasındadır”.

“AzPolitika” xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Ekspert vurğulayıb ki, startapların dəstəklənməsi və inkişafında vençur maliyyələşmə mühüm rol oynayır.

Onun sözlərinə görə, qonşu ölkələrin, Cənubi Asiya və Qafqaz ölkələrinin əksəriyyəti son bir neçə ildə startapların inkişafı üçün vençur bazarını xeyli inkişaf etdiriblər. “Bu ölkələr həm yerli vençur fondlarının sayını artırıblar, həm də xarici fondların maliyyəsindən istifadəyə üstünlük veriliblər”, - mütəxəssis əlavə edib.

O. Gündüz Azərbaycanın yeganə vençur fonduna blok qoyulmasını nəzərə alaraq, regiondakı vəziyyətlə bağlı qısa bir araşdırma edərək bəzi rəqəmləri açıqlayıb:

- Qazaxıstan

Ötən il vençur maliyyələşmənin həcmi 80 milyon dollar olub. Bu rəqəmin təxminən yarısı yerli investorlar hesabınadır. Hər bir fond üzrə ortalama yatırım məbləği 1 milyon olub. Bu ölkədə 6 vençur fond var.

- Gürcüstan

Ötən il bu ölkədə vençur maliyyələşmənin həcmi 21.5 milyon dollar olub, əvvəlki ildən 4 dəfə artıqdır. 3 vençur fond (bir yerli, 2 xarici) fəaliyyət göstərir.

- Özbəkistan

Ötən il vençur maliyyələşmənin həcmi 6 milyon dollar olub, əvvəlki ildən 2 dəfə artıqdır. 60%-i xarici investisiyadır. Fondların ortalama yatırım məbləği 240 min dollar olub.

- Ermənistan

Ötən il startapların toplam maliyyələşməsinin həcmi 120 milyon dollar olub. Onun 6 milyon dollarını yerli vençur fondları maliyyələşdirib. Bu ölkədə 6 yerli vençur fond fəaliyyət göstərir.

- Qırğızıstan

Ötən il vençur maliyyələşmənin həcmi 1.1 milyon dollar olub ki, bu, əvvəlki ildən az olub. 

- Azərbaycan

Ötən il vençur maliyyələşmənin həcmi 2.2 milyon dollar olub ki, bu da əvvəlki ildən azdır. Bunun təxminən 1 milyon dolları yerli vençur fond hesabına olub.

Osman gündüz qeyd edib ki, cəmi 1 vençur fondumuz var – “Caucasus Ventures”, onun da bank hesabları Mərkəzi Bank tərəfindən bloklanıb.

Rasim Əliyev

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
azpolitika.info

1Mənbələr