AZ

Lavrov Lukaşenko ilə görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusa səfər edib.Elchi.az xəbər verir ki, Rusiya XİN rəhbərinin təyyarəsi artıq Minsk hava limanına enib.Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, səfər Rusiya ilə Belarus arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümünə təsadüf edir.Onun sözlərinə görə, rəsmi səfərin proqramına Rusiya diplomatiyasının rəhbəri ilə Belarus prezidenti Aleksandr Lukaşenko, Respublika Şurası və Milli Assambleya Nümayəndələr Palatasının sədrləri Natalya Koçanova və İqor Sergeenko arasında danışıqlar daxildir.Respublikaya səfəri zamanı Sergey Lavrov Qələbə abidəsi önünə əklil qoyacaq, həmçinin ölkə prezidenti yanında İdarəetmə Akademiyasının tələbələri və professor-müəllim heyəti qarşısında çıxış edəcək.YeganəMənbə: TASS.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
elchi.az

1Mənbələr