AZ

Ötən il tam orta təhsili başa vurmuş şagirdlərin 13%-i təhsilini davam etdirməyib

2023-cü ildə tam orta təhsilini başa vurmuş şagirdlərin təxminən 13%-i təhsilini davam etdirməyib. Bu barədə məlumat «Abituriyent» jurnalının 12-ci nömrəsində qeyd edilib.

Onların 68%-i oğlan, 32%-i qızlardır. 

Təhsilini davam etdirməyənlərin   31% şəhər, 69% kənd məktəblərində təhsilini başa vurub. 

Ötən il 135 min 425 şagird 11 -ci sinif, 2021-ci ildə isə 130 min 22 şagird 9-cu sinifi başa vurub. 

2023-cü ildə 11-ci sinif üzrə buraxılış imtahanında ən yüksək nəticəni Sumqayıt, Bakı, Qubadlı, Naxçıvan,  Abşeron, Xocavənd şagirdləri əldə edib. 

9-cu siniflər üzrə isə buraxılış imtahanında ən yüksək nəticəni Sumqayıt, Naxçıvan, Bakı, Mingəçevir, Qubadlı, Abşeron, Şahbuz şagirdləri göstərib. 

Hər iki sinif üzrə şagirdlərin ayrl-ayrı fənlər üzrə ən yaxşı nəticələri ETN tabeli lisey və özəl lisey şagirdləri göstərib. 
 
Aygün Mirakif

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
anews.az

1Mənbələr