AZ

"Hizbullah" Beyrut hava limanını silah anbarına çevirib" - "The Telegraph"

 
"Hizbullah"ın Livan hava limanına nəzarər etməsi ölkə əhalisini çoxdandır ki, narahat edir..."
 
"Bu məlumat həqiqətə uyğun deyil və Livan beynəlxalq hava limanının təhlükəli yer kimi nüfuzdan salınmasına yönəlib..."
 
Livanın "Hizbullah" terrorçu təşkilatı Beyrut beynəlxalq hava limanının anbarlarında çoxlu sayda silah saxlayır.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti Livan hava limanı işçilərinə istinadən məlumat yayıb.
 
Rafiq Hariri adına hava limanının əməkdaşları "İrandan birbaşa reyslərlə çatdırılan müəmmlı böyük  qutulardan" şübhələnib. 
 
Nəşrin müxbirlərindən biri məlumat verib ki, bu qutular buraya "tez-tez deyil, məhz Livanda böyük müharibənin başlanmasının mümkünlüyü barədə danışılan dönəmlərdə" göndərilir.
 
Digəri deyib ki, Qəzza bölgəsində müharibə başlanandan sonra belə qutuların sayı artıb.
 
Beyrut hava limanının digər işçisi hava limanı personalına belə yüklərin yoxlanılmasının qadağan edilməsindən gileylənib.
 
Nəşr bu nəqliyyat obyektinin anbarında saxlanıldığı güman edilən silahların siyahısını dərc edib.
 
Bunlar İran istehsalı olan idarəedilməyən "Fələk" artilleriya raketləri, qısa mənzilli "Fateh-110" raketləri, ballistik raketlər və uçuş məsafəsi 400 km-dək olan "M-600" raketləri, Rusiyanın "Kornet" tankəleyhinə idarəedilən raketləri, böyük sayda qısa mənzilli "Burkan" ballistik raketləri və heksogen partlayıcı maddədir.
 
Jurnalistlərin döyüş sursatlarının belə müfəssəl siyahısını haradan əldə etdikləri barədə məlumat verilmir.
 
Nəşrin həmsöhbətləri bu silahın əvvəl-axır ya bədbəxt hadisə, ya da İsrailin aviasiya zərbəsindən partlayacağından ehtiyat edir. 
 
Əgər bu baş verərsə, təkcə bu məqamda hava limanında olanlar deyil, həm də yerli sakinlər zərər çəkə bilər, çünki hava limanı Livan paytaxtının mərkəzindən səkkiz km aralıda yerləşir. 
 
"Beyrut dünyadan tərcid ediləcək, vurulacaq ziyan və qurbanların sayından isə danışmağa dəyməz", - bunu həmsöhbətlərdən biri deyib.
 
Hava limanının əməkdaşları iddia edir ki, bu fəaliyyətə görə "Hizbullah" təhlükəsizlik aparatının rəhbəri Vafiq Səfa cavabdehdir.
 
O, tez-tez gömrükdə peyda olur və yerli məmurlarla sıx əlaqələrindən istifadə edərək lazımi yüklərin baxışdan keçirilmədən və qeydə alınmadan maneəsiz keçirilməsini təşkil edir.
 
Yaranmış vəziyyət ölkə siyasətşçilərinin bəzilərində narahatlıq doğurub.
 
Belə ki, baş nazirin sabiq müavini, "Livan qüvvələri" partiyasından parlament üzvü Həsən Həsbani bəyan edib ki, "Hizbullah" tərəfindən hava limanına nəzarət edilməsi ölkə əhalisini çoxdandır, xüsusilə indi, ölkənin əsas hava limanının İsrail ilə münaqişədə potensial hərbi hədəfə çevrildiyi zaman narahat edir.
 
Bu məlumatı "Hizbullah" partiyasından nəqliyyat naziri Əli Hamiyə şərh edib.
 
O, nəşrin məlumatını təkzib edib və bəyan edib ki, ölkə hakimiyyəti Britaniya nəşrinə qarşı məhkəmə iddiası qaldırılmasının mümkünlüyünü nəzərdən keçirir.
 
Hamiyə həmçinin sabah saat 10:30-da bütün arzu edənləri Rafiq Hariri adına hava limanı ərazisinə baxış keçirməyə dəvət edib.
 
Britaniya qəzetində dərc edilən məlumat "Hizbullah"ın baş katibi Həsən Nəsrullahı özündən çıxarıb.
 
O, dərhaş qəzəbli bəyanat verərək, "Beyruta endiriləcək istənilən zərbənin son hədd olacağı və müqavimət hərəkatının bütün gücünün düşmənin üzərinə yönələcəyini" deyib.
 
İcmalçılar qeyd edir ki, nəşrin materialı məqamına görə təsadüfi deyil.
 
Birincisi, belə ssenarilər livanlılara 2020-ci ilin avqustunda Beyrut hava limanında baş vermiş və həmçinin "Hizbullah"la əlaqəsi olan və dəhşətli xatirələr kimi yadda qalan partlayışı xatırladır.
 
İkincisi, bu məlumat Livan beynəlxalq hava limanını mülki aviasiya və əcnəbi aviasiya şirkəti nöqteyi-nəzərdən təhlükəli yer kimi nüfuzdan salır.
 
Xəbər verildiyi kimi, bir çox ölkələrin hökumətləri son günlər öz vətəndaşlarına Livanda olmağın təhlükəsi barədə öz vətəndaşlarına xəbərdarlıq edib.
 
Kanada hakimiyyəti isə hətta bu ölkəyə Livanda yaşayan 45 min vətəndaşının təxliyəsini təşkil etmək üçün hərbçilər göndərib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
moderator.az

1Mənbələr