AZ

Taleyin acı İRONİYASI – Toyda iştirak etdi, gecə amansız cinayətin qurbanı oldu... – VİDEO

“Bu gecə cinayətkar dəstə üzvlərinin basqını zamanı öldürülən 54 yaşlı müəllimə Gülnarə Hüseynova  ötən gün iş yoldaşının toyunda olub. Toyda o qədər fəal iştirak edib, oynayıb ki... Səhər bu xəbəri eşidəndə donub qaldıq, sarsıldıq." 

Bu sözləri Şabran şəhərindəki Azərbaycanın Milli Qəhrəmanı Samir Zülfüqarov adını daşıyan 3 saylı məktəbin direktoru Fidan Fərzəliyeva Bizim.Media-nın yerli bürosuna açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Şabranda evə BASQIN: Ölən və yaralanan var


Onun sözlərinə görə, mərhum 30 ilə yaxın idi ki, ibtidai sinif müəllimi idi.

Qeyd edək ki, Arif və Gülnar Hüseynovların 2 qızı var. Ərlə arvad  gecə yuxuda olarkən onlara basqın edilib. Nəticədə onların hər ikisi dünyasını dəyişib. Hadisəni törədən şəxslərdən biri saxlanılıb, digər üç nəfərin axtarışları isə davam edir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
bizim.media

1Mənbələr