AZ

Bitkoində sərt eniş: saniyələr içərisində ucuzlaşdı

Bitkoində ötən həftə başlayan enişlər bu həftənin ilk günündən etibarən davam edir.

SeherXeber.org ın məlumatına görə, səhər saatlarında 63 min ilə 62 min dollar arasında dəyişən bitkoin qiymətləri "Mt. Gox" birjasının açıqlamasından sonra 60 min 500 dollara endi.

Belə ki, ucuzlaşmaya səbəb sözügedən birjanın 2014-cü ildə oğurlanmış kriptovalyutaları sahiblərinə paylayacağını elan etməsi olub.

"Mt. Gox"un geri qaytaracağı 140 mindən çox bitkoin və eyni miqdarda "BCH"nin ümumi dəyərinin 10 milyard dolları keçəcəyi bildirilir.

Bitkoinin saniyələr ərzində 60 min 500 min dollara enən dəyəri sonuncu dəfə mayın 10-da müşahidə olunmuşdu.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
3
seherxeber.org

4Mənbələr