AZ

Aİ Rusiya aktivlərindən əldə edilən gəlirləri Ukraynaya verilməsini təsdiqləyib

Avropa İttifaqı Ukraynaya  yeni hərbi yardım paketini təsdiqləyib. Bu barədə Ukrayna mətbuatı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Avropa İttifaqına üzv ölklərin xarici işlər nazirləri bugünkü iclasda Ukraynaya Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdirilən 1,4 milyard avro (1,5 milyard dollar) dəyərində hərbi yardım paketini təsdiqləyib.

Bu vəsait Ukraynaya Yardım Fondu (UAF) vasitəsilə Ukraynaya yönəldiləcək. "Politico"nun xəbərinə görə, bu maliyyə yardımı, adətən UAF-da olduğu kimi, kompensasiya üçün deyil, sursat və hava hücumundan müdafiə sistemləri kimi dəstin birbaşa alınması üçün istifadə olunacaq. Məbləğin dörddə biri Ukrayna sənayesindən alışlara sərf olunacaq.
 
2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Aytac Zeynalova

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
12
anews.az

10Mənbələr