AZ

Azərbaycan bu benzinin istehsalına BAŞLADI - AÇIQLAMA

 

Azərbaycan “Avro-5” standartlarına cavab verən “Ai-95” avtomobil benzininin ilkin istehsalına başlayıb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban paylaşıb.

 

İ.Şaban bildirib ki, Azərbaycanda “Ai-95” benzininin istehsalına qədər isə “Avro-5” standartlarına cavab verən “Ai-93”ün istehsalı həyata keçirilir.

 

Xatırladaq ki, Bakı Neft Emalı Zavodunda yenidənqurma işlərininin nəticəsində “Avro-5” standartlarına cavab verən dizel və benzin istehsalı nəzərdə tutulmuşdu. Dizel istehsalına 2023-cü ildən, “Ai-93” benzinin istehsalına isə 2024-cü ildən başlanılıb. Bu ildən həm də “Ai-95”in istehsalı mümkün olacaq.

 

Bakı Neft Emalı Zavodunda təmir işləri 2016-cı ildən başlanılıb.

 

Vasif

Seçilən
43
2
sfera.az

3Mənbələr