Azərbaycanla İran arasında bu ilin yanvar-may arasında ticarət dövriyyəsi 238,3 milyon dollar təşkil edib.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2% çoxdur.
Hesabat dövründə İrandan Azərbaycana 232 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının İrana ixracı isə 6,3 milyon dollar təşkil edib.
Əlavə edək ki, ötən ilin yanvar-may aylarında Azərbaycanla İran arasında ticarət dövriyyəsinin dəyəri 212,6 milyon dollar təşkil edib.
Gözəl Həşimova