AZ

Azərbaycan İranla ticarətini artırıb

Azərbaycanla İran arasında bu ilin yanvar-may arasında ticarət dövriyyəsi 238,3 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2% çoxdur.

Hesabat dövründə İrandan Azərbaycana 232 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının İrana ixracı isə 6,3 milyon dollar təşkil edib.

Əlavə edək ki, ötən ilin yanvar-may aylarında Azərbaycanla İran arasında ticarət dövriyyəsinin dəyəri 212,6 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
iqtisadiyyat.az

1Mənbələr