AZ

Dağıstanı qarışdıran gizli qüvvə: Azərbaycana təsiri nə olacaq?

"Dağıstandakı baş verən olayların arxasında bəzi Qərb dairələrinin əli var. Onlar Rusiya iqtidarı üçün daxili problemləri artırmaq və ölkədə xaos yaratmaq istəyirlər".
 
Moderator.az bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.
 
Onun sözlərinə görə, Rusiyada müvafiq qurumların baş verən hadisələrlə bağlı münasibəti belədir ki, bütün hallarda olayların arxasında beynəlxalq terror şəbəkəsi və onların siyasətini yönləndirən bəlli qlobal güclər durur:
 
“Dağıstanda sinaqoqlara və kilsələrə hücumlar təşkil edilib. Bu, Rusiyada etnik və dini zəmində qarşıdurmaların yaradılması üçün Qərbin hesabladığı və həyata keçirmək istədiyi məlum ssenaridir. Xatırladım ki, 1990-cı ildə Şimali Qafqazda Rusiyaya qarşı başlanan məlum hərəkatın arxasında da Qərbdə bəlli dövlətlər və beynəlxalq terror şəbəkəsi var idi. Rusiyaya qarşı Şimali Qafqazda başlanmış terror olaylarının arxasında sonradan məlum oldu ki, ABŞ və Səudiyyə Ərəbistanının o zamankı siyasi rəhbərliyi durmuşdu. Əslində sələfiləri onlar maliyyələşdirirdilər. Silah-sursat isə ABŞ və Britaniyanın üzərinə düşürdü. O zaman əsas məqsəd Şimali Qafqazda qarşıdurma yaratmaqla Transxəzər neft layihələrinin Rusiya ərazisindən keçməsinin qarşısını almaqdan ibarət olmuşdu. Yəni o zaman iki məsələ var idi. Xəzərin təbii qaz ehtiyatlarının Rusiya ərazisindən Qərb bazarına çıxarılmasının qarşısını alması ona da nail oldular. Digər məsələ isə Rusiyanı terror şəbəkəsi vasitəsilə Şimali Qafqazda daim təhdid və terror altında saxlamaq idi. Amma Vladimir Putinin hakimiyyətə gəlməsi ilə bəlli dairələrin Rusiya dövlətini içəridən parçalamaq istəklərinin qarşısı alındı. Əminəm ki, eyni ssenari bu gün Dağıstanda tətbiq olunur”.
 
 
Ekspert Dağıstanda baş verən olayın Azərbaycana mümkün təsirindən danışıb:
 
“Ümumiyyətlə Qonşu ölkədə baş verən olay Azərbaycan üçün də təsirsiz ötüşməyə bilməz. Dünya ölkələrinin əksəriyyətində məlum epidemiya ilə bağlı sərhədlərin açılmasına baxmayaraq Azərbaycan məhz təhlükəsizlik amillərindən çıxış edərək hələ də region dövlətləri ilə sərhədləri açmayıb. Quru sərhədlərin hələ də açılmaması məsələsi güman edirəm ki, Azərbaycan iqtidarının mövqeyi, bəlli tərəflərdən, xüsusən də Qərbdən ölkəmizdə sabitliyi poza biləcək həmlələrin qarşısını almaq və o qüvvələri ümumiyyətlə nəzarət altında saxlamaq istəyindən irəli gəlir. Dağıstanda və ya Rusiyanın cənubunda baş verən hadisələr Qərbin idarə olunan xaos nəzəriyyəsinə istinadən həyata keçirilir.
 
Bütövlükdə ölkəmizin istənilən sərhədində baş verən hadisələr, terror olayları, həmin bölgələrdə kriminogen durumun ağırlaşması birincisi Azərbaycanın məlum bölgələrində təhlükəsizlik faktorunun yüksəlməsinə, ikincisi isə miqrant axınına gətirib çıxara bilər. Bu da Azərbaycana lazım deyil. Radikal qruplaşmanın bölgədəki fəallığı Azərbaycanın maraqlarına uyğun deyil və dövlətimizə təhdidlər yarada bilər”.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
5
moderator.az

6Mənbələr