AZ

Ukraynanın Krıma “ATACMS” raket ilə hücumuna görə ABŞ-ın Moskvadakı səfiri XİN-ə çağırılıb

Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımın Sevastopol şəhərinə “ATACMS” raketləri ilə 4 nəfərin öldüyü hücumun ardından ABŞ-ın Moskvadakı səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bizimyol.info "trthaberə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Treysinin Ukraynanın “ABŞ-ın himayə etdiyi yeni qanlı cinayət” səbəbilə nazirliyə çağırıldığı bildirilib. Açıqlamada Krımın Sevastopol şəhərində uşaqların da olduğu mülki şəxslərin hücumda hədəf alındığı, ABŞ-ın Rusiyaya qarşı hibrid müharibə apardığı və münaqişənin tərəfi olduğu vurğulanıb. Bəyanatda qeyd olunub ki, ABŞ Ukraynaya ən müasir silahlar, o cümlədən “ATACMS” raketləri verib: “Birləşmiş Ştatlar hədəf alma və uçuş missiyaları amerikalı hərbi ekspertlər tərəfindən həyata keçirilən bu vəhşiliyə görə Kiyev rejimi ilə bərabər məsuliyyət daşıyır”, - deyə qeyd edilib. Bəyanatda: “Səfirə məlumat verildi ki, Vaşinqtonun Ukraynadakı nasistyönlü məmurları Rusiya ərazisinə dərindən hücuma keçmək imkanı verməklə son ukraynalıya qədər döyüşü davam etdirməyə sövq etmək məqsədi daşıyan bu cür hərəkətləri cəzasız qalmayacaq”, deyə bildirilir. Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamada hadisəni “barbar hücumu” adlandırıb və deyib: “Hücumun arxasında kimin dayandığını və bu texniki cəhətdən inkişaf etmiş raketləri kimin idarə etdiyini çox yaxşı başa düşürük. Bu raketləri ukraynalılar buraxmayıb”. Sevastopol vilayətinin "qubernatoru" Mixail Ravocayev ötən gün Ukrayna ordusunun Sevastopola raket hücumu nəticəsində 4 nəfərin öldüyünü, 153 nəfərin yaralandığını bildirib. Rusiya Müdafiə Nazirliyi də hücumun ABŞ istehsalı olan “ATACMS” çoxluqlu taktiki raketlərlə həyata keçirildiyini və buna görə məsuliyyətin ABŞ-ın üzərində olduğunu açıqlayıb. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
bizimyol.info

1Mənbələr