AZ

Platan Elmi-Tədqiqat İnstitutunun binası YANIR – İçəridə 9 nəfər qapalı qalıb – VİDEO

Moskva yaxınlığındakı Fryazinoda Platan Elmi-Tədqiqat İnstitutunun binası yanır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. FHN bir nəfərin xilas edildiyini, daha doqquz nəfərin içəridə olduğunu bildirir.

Ölənlər barədə məlumat yoxdur, lakin yanan elmi-tədqiqat institutunun içərisində çox güman ki, insanlar qalıb. bir neçə nəfər 7-ci mərtəbədə sıxışıb qalıb.
İnsanlar boğulmamaq üçün yanan binanın pəncərələrini sındırmağa davam edirlər.

Fryazinoda yanğın sahəsi 2,3 min kvadratmetrə çatıb.

Yanğına üçüncü dərəcəli mürəkkəblik verilib, binada ən azı 7 nəfər daha ola bilər.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
5
interpress.az

10Mənbələr