AZ

Manatın devalvasiyası gözlənilirmi?

“Qazımızın istehsalı artır və davamlı olaraq ixrac olunur. Bununla yanaşı qeyri-neft ixracı da davam edir. Yəni ixracda hər hansı bir kəsinti yoxdur. Ciddi, kəskin qiymət enişi yoxdur, əksinə artım var. Üstəgəl, artıq ilin ortasındayıq”.

Bunu İqtisadiyyat.az-a iqtisadçı-ekspert Elman Sadıqov deyib.

İqtisadçı bu gün üçün manatın vəziyyətinin çox yaxşı olduğunu, dünya bazarında “Brent” markalı neftin 85 dollar, “Azeri Light”ın isə 87-88 dollara satıldığını xatırladıb.

Onun sözlərinə görə, neftin ortalama qiyməti, məsələn, 60 dollar nəzərdə tutulubsa, bu 60 dollar əslində il ərzində neftin gündəlik orta qiymətidir: “Yəni bu o deməkdir ki, indiyə qədər 80-85 dollara neft satılıbsa və sabah 70-60 dollara düşsə, gündəlik orta qiymət yenə də 60 dolların altına düşməyəcək. Nəticə etibarilə 2024-cü il ərzində artıq deyə bilərik ki, manata olan təzyiq gözlənilmir və neftin də dünya bazarında qiymətində çöküşü gözlənilmir. Çünki OPEC+ ölkələri ümumiyyətlə bu bazara ciddi bir şəkildə nəzarət edə bilirlər”.

“Doğrudur, ABŞ də neft istehsalını artırmaqda davam edir və gündəlik neft istehsalı 13 milyon bareli ötdü. Amma hər bir halda hələlik nəzərə alsaq ki, bir sıra neft ölkələri də bazardan kənarda saxlanılır, nəticə etibarilə biz bunu qeyd edə bilərik ki, bu gün üçün enerji qiymətlərində ciddi çöküş gözlənilmir və bu da manata müsbət təsir deməkdir”, - ekspert əlavə edib.

Sadiq Cavadov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
iqtisadiyyat.az

2Mənbələr