AZ

“Bozdoğan-45” əməliyyatı: 2 terrorçu zərərsizləşdirilib

Türkiyədə keçirilən "Bozdoğan-45" əməliyyatında qırmızı kateqoriyada axtarılan və PKK-ya terror təşkilatına bağlı olan iki terrorçu zərərsizləşdirilib.

525.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerlikaya məlumat verib. Əməliyyat Batman ərazisində keçirilib.

Zərərsizləşdirilən Sultan Dağ və Zeynəb Nibat 6 təhlükəsizlik əməkdaşının şəhid olduğu, 19 təhlükəsizlik əməkdaşının yaralandığı 9 terror aktında iştirak etdikləri müəyyən olunub.

Nazir Yerlikaya Qurban bayram günlərində 2-si qırmızı, 4-ü narıncı, 2-si boz kateqoriyasında olmaqla 11 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Pərvanə Sultanova






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
525.az

1Mənbələr