AZ

Kuleba Ukraynanın Aİ-yə daxil olması üzrə danışıqların başlama tarixini açıqlayıb

Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqlar sabah, iyunun 25-də başlayacaq.

525.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

Onun sözlərinə görə, bu gün Aİ Xarici Əlaqələr Şurasında çıxış edib: "Mən 27 Aİ-yə üzv ölkəyə Ukrayna və Moldova üçün danışıqlar çərçivəsini təsdiqlədikləri üçün təşəkkür etdim".

Kuleba Rusiyaya qarşı Aİ-nin 14-cü sanksiyalar paketinin əhəmiyyətini qeyd edib. Nazir Avropa İttifaqının Rusiya Federasiyasının dondurulmuş aktivlərindən Ukraynanın maraqları naminə istifadə edilməsi ilə bağlı son addımlarını da qeyd edib.

Bundan əlavə, diplomat müttəfiqləri hərbi yardımın, xüsusilə hava hücumundan müdafiə vasitələrinin tədarükünü sürətləndirməyə, həmçinin müdafiə sənayesi istehsalını genişləndirməyə çağırıb.

Pərvanə Sultanova























Bizi Facebookda izləyin

Seçilən
65
525.az

1Mənbələr