AZ

ABŞ, Cənubi Koreya və Yaponiya Rusiya-Şimali Koreya əməkdaşlığını qınadı

 

  Cənubi Koreya, ABŞ və Yaponiya Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığı qınayıb.

  ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Çon Pak (Jung Pak), Cənubi Koreya Dövlət katibinin strategiya və kəşfiyyat üzrə müavini Ço Ku-Re (Cho Koo-rae) və Yaponiyanın Asiya və Okeaniya məsələləri üzrə baş direktoru Namazu Hiroyuki Rusiya prezidenti Vladimir Putinin 19 iyunda Şimali Koreyaya səfəri zamanı tərəflərin qəbul etdiyi qərarlarla bağlı birgə bəyanat yayınlayıblar. Bəyanatda deyilir: “Cənubi Koreya və Yaponiya Rusiya ilə Şimali Koreya arasında dərinləşən hərbi əməkdaşlığı qəti şəkildə pisləyir. Bu əməkdaşlıq Şimali Koreyadan Rusiyaya davam edən silah daşınmasını da əhatə etdiyi üçün Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının bir çox qətnamələrini pozur, həm şimal-şərqi Asiya, həm də Avropada sabitliyi təhdid edir.

  Rəsmi Pxenyanla Moskva arasında “Hərtərəfli strateji tərəfdaşlıq sazişi”nin imzalanması Koreya yarımadasında sülhü qorumaq istəyən tərəflərdə ciddi narahat yaradır. Buna görə də ABŞ, Cənubi Koreya və Yaponiya "Şimaldan gələn təhdidlər"ə cavab olaraq diplomatiya və təhlükəsizlik sahəsində əməkdaşlığını gücləndiriləcək”.

  Cənubi Koreya Prezident Aparatının sözçüsü Li Do Vun (Lee Do-woon) da Rusiya ilə Şimali Koreya arasında imzalanan hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi ilə bağlı yazılı açıqlama verib: “Cənubi Koreya prezidenti Yun Sok Yol (Yoon Suk Yeol) Rusiya ilə Şimali Koreya arasında əldə olunan razılaşmanın hərbi və iqtisadi nəticələrinə hazır olmalıyıq. Rəsmi Pxenyan və Moskva arasında dərinləşən hərbi əməkdaşlıq və artan təhlükəsizlik narahatlıqlarına qarşı ciddi şəkildə ayıq-sayıq olmaq lazımdır. Koreya yarımadasını əhatə edən təhlükəsizlik vəziyyəti ağır olduğundan möhkəm və hazırlıqlı olmalıyıq".

 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
trt.net.tr

1Mənbələr