“Qalatasaray” heyətini gücləndirmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi “Betiş”in üzvü Conni Kardoso ilə maraqlanır. “Sarı-qırmızılar” ABŞ-dən olan futbolçu üçün İspaniya klubuna rəsmi təklif göndərib. Lakin Sevilya təmsilçisi bu istəyi rədd edib. 

“Qalatasaray” Connini 22 milyon avroya transfer etmək niyyətində olub. 

Qeyd edək ki, yarımmüdafiəçi ilə “Roma”, PSJ, “Borussiya” (Dortmund), “Barselona” və “Atletiko” yaxından maraqlanır.