AZ

Spikerdən müxalif deputatlara ÇAĞIRIŞ

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili müxalifət nümayəndələrini plenar iclaslarda iştirak etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

 

“Müxalifətdən bir neçə məktub almışam ki, plenar iclaslarda iştirak etməyəcəklər. Səbəbi göstərilmədən iclasda iştirakdan imtina elan edildikdə bu, düzgün olmayan təcrübədir. Müxalifət nümayəndələrini bir daha işlərindən yayınmamağa çağırıram. Onların işi müzakirələrdə iştirak etməkdir”, - spiker bildirib.

 

Gürcüstan müxalifəti “xarici agentlər haqqında” qanun layihəsinə görə parlamenti boykot elan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
modern.az

1Mənbələr