AZ

“Sudan ucuz” sözünü unutdururlar

Azərbaycanda içməli suyun qiymətində artım müşahidə olunur.

Məlumata görə, paytaxtda evlərə və ofislərə çatdırılan suların qiyməti bahalaşıb. Belə ki, təxminən 1 il əvvəl 3.50 manata satılan 19 litrlik suhazırda 7.30 manata satılır. 

“Bakupost” yazır ki, müxtəlif şirkətlərin 19 litrlik qblaşdırılmış suyu aşağıdakı qiymətlərə təklif olunur: 

Saytın əlaqə saxladığı "Slavyanka" su şirkəti bahalaşmanın səbəbi  ilə bağlı suala "İqtisadi böhrandır" cavabını verib. 

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebhe.info”-ya açıqlamasında deyib ki, su satışı ilə məşğul olan şirkətlərə ciddi nəzərət yoxdur:

“Ölkəmizdə hər il mövsümlə əlaqadər kosmik qiymət artımı görə bilərik. Belə ki, bəzi iri ticarət obyektlərinin sahibləri, qısaca “işbazlar” hər şeydən olduğu kimi, sudan belə əlavə pul qazanmaq üçün qiymətləri süni şəkildə artırırlar. Sanki bulaq suyu kimi təqdim edirlər. Lakin ölkəmizdə harada belə büyük su ehtiyatlarına malik bulaqlar var? Təklif olunan qiymətlər həddən artıq yüksəkdir. Belə qiymətlərin olmasına səbəb su sahəsinə nəzarətin olmamasıdır”. 

İqtisadçı vurğulayıb ki, yaxın gələcəkdə suyun qiymətinə nəzərət olunmasa, “sudan ucuz” sözunu unutmalı olacağıq:

“”Sudan ucuz” kəlməsini tez-tez eşitsək də,  təbii su hər yerdə fərqli qiymətlərə təklif olunur. Məsələn, hava limanında bir şüşə suya 3-4 manat, marketlərdə 1-2 manat, evimizdə isə 1 kub, yəni təxminən 1 ton su üçün 1 manat ödəməli oluruq. Bu, onu göstərir ki, su üçün belə ümumi tarif yoxdur.

Azad bazar iqtisadiyyatında bunu etmək də çətindir. Ancaq istənilən halda süni qiymət artımının qarşısı alınmalıdır”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
cebheinfo.az

1Mənbələr