AZ

3 yaşlı uşağı boğmağa çalışan qadın SAXLANILDI

3 yaşlı uşağı boğmağa çalışan qadın SAXLANILDI

Fələstin əsilli 3 yaşlı uşağı boğmağa çalışan amerikalı qadın saxlanılıb.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ-nin Texas ştatında Elizabet Vulf müsəlman olduğu Fələstin əsilli 3 yaşlı uşağı boğmağa çalışıb. Texas ştatının Polis Departamenti bildirir ki, Vulf adam öldürməyə cəhddə ittiham olunub.

Fələstin əsilli ana və uşaqları yaşayış kompleksinin hovuzuna gediblər. Amerikalı Elizabet Vulf hicablı qadından haralı olduqlarını soruşduqdan sonra hovuza girib. O, qadına qarşı irqi ayrı-seçkilik edib və uşaqlara hücum edib. Uşaqların anası dərhal hovuza tullanıb və 6 yaşlı uşaq isə qadının əlindən xilas olub.

Anaya hücum edən Elizabet digər tərəfdən 3 yaşlı kiçik qızı suya itələyib. Hadisə yerində olan afroamerikalı ana və uşağını xilas edib. Baş verənlərdən sonra qadın polis əməkdaşları tərəfindən saxlanılıb.

Amerika-İslam Əlaqələri Şurası yazılı açıqlamasında hadisənin nifrət cinayəti kimi qiymətləndirilməsini istəyib. Sözügedən hadisə ilə əlaqədar qurum bəyanatında Fələstin əsilli ananın açıqlamalarına da yer verib:

"Biz Fələstin əsilli Amerika vətəndaşlarıyıq. Təhlükəsizliyimizin qorunması üçün hara getməli olduğumuzu bilmirəm. Ölkəmdə müharib davam edir, burada isə bizə nifrət edirlər. Uşağım travma alır, hər dəfə qapını açanda qaçır və gizlənir".

Qeyd edək ki, Amerika-İslam Əlaqələri Şurası 2023-cü ilin son 3 ayında 3 min 578 şikayətin qeydə alındığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
sonxeber.az

1Mənbələr