AZ

Xətai Rayon İcra Hakimiyyətinin və YAP-ın təşkilatçılığı ilə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Ordun varsa, yurdun var...

Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan PartiyasıXətai rayon təşkilatının birgə təşkilatçılığı ilə bu adda tədbirkeçirilib.

İyunun 24-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni AzərbaycanPartiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 26İyun-Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar “Ordun varsa,yurdun var” mövzusunda dəyirmi masa keçirilib.

YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirdəmüasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər HeydərƏliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçənVətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yadedilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri VüqarRəhimzadə Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi 106 illik şərəfliyoldan geniş bəhs edərək diqqəti son dörd ilin qürurvericiməqamlarına, müstəqillik tariximizə yazılan Zəfər səhifələrinəyönəldib. Bildirib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevinxalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütünsahələrdə, o cümlədən ordu quruculuğu sahəsində yaradılan möhkəmtəməl bugünkü uğurlarımızı şərtləndirdi. Əbəs yerə deyilmir ki,ordun varsa, yurdun var. Həmçinin bu reallıq da daim önə çəkilirki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir. Azərbaycanınmüstəqilliyi, torpaqlarının azadlığı uğrunda canlarından keçənVətən övladlarının hər biri qəhrəmanlıq dastanı yazaraq şəhidlikzirvəsinə ucaldılar. Onların qəhrəmanlıq yolu indiki və gələcəknəsillər üçün vətənpərvərlik məktəbidir. Torpaq, Vətən sevgisitarixi Zəfərimizi şərtləndirən əsas amillər sırasında oldu.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan əsgəri daim MüzəffərAli Baş Komandandan “İrəli!” əmrini gözlədi. Torpaqlarımızıişğaldan azad, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışınıtəmin etmək əsas hədəflər sırasında idi. 30 il ərzində Azərbaycansülh siyasətinə sadiqlik nümayiş etdirərək keçmiş münaqişənin sülhdanışıqları əsasında həllinə səy göstərdi. Tarixi Zəfərimizdən bəhsedərkən Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi“Müharibə olmaya da bilərdi” çağırışı özündə bütün məqamları ehtivaedir. Azərbaycan dövlətinin, xalqının səbir kasası dolmuşdu. 44günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ondan üç ilsonra suverenliyimizin tam bərpa edilməsi Azərbaycan Ordusununqəhrəmanlığını, gücünü, qüdrətini dünyaya nümayiş etdirdi.Azərbaycan əsgəri üzərinə düşən şərəfli vəzifəni hər an yerinəyetirmək iqtidarında olduğunu bir daha sübut etdi. 44 gündə 30 ilinişğalına son qoymaq, bir günlük antiterror tədbirləri nəticəsindəsuverenliyimizi tam bərpa etmək gücümüzün, qüdrətimizin, milliqürurumuzun təqdimatı oldu.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətininİctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovvurğulayıb ki, Azərbaycan Ordusu ilə qürur duyuruq. TarixiZəfərimizə qədər keçirilən Silahlı Qüvvələr Günündə, hərbiparadlarda bu arzunu ifadə edirdik ki, tezliklə torpaqlarımızişğaldan azad edilsin, qalibiyyət rəmzi olan üçrəngli Bayrağımız buərazilərimizdə dalğalansın, soydaşlarımız doğma yurd-yuvalarınaqayıtsınlar. Artıq dörd ildir ki, bu arzunun reallığa çevrilməsininsevincini yaşayırıq. Şanlı Qələbənin şərəfinə dekabrın 10-daAzərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradıkeçirildi. Dövlətimizin başçısının 2018-ci ildə keçirilən paraddadediyi kimi, düşmənin ələ keçirilən silah-sursat və texnikası iləyanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlətbayraqlarımız da Zəfər Paradında nümayiş etdirildi. TarixiZəfərimizdən sonra hədəflər açıqlanarkən Müzəffər Ali Baş Komandanİlham Əliyev ordu quruculuğu istiqamətində addımların davametdiriləcəyini bildirdi. 44 günlük Vətən müharibəsi zamanıqazanılmış təcrübə yeni birləşmələrin yaradılması zərurətini ortayaqoydu. Buna görə də ölkə Prezidentinin tapşırığı ilə ordumuzda yenitəyinatlı Komando hərbi hissəsi yaradıldı. Azərbaycan Ordusu bundansonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq.

Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev bildirib ki, XXI əsrmüharibəsi adlandırılan İkinci Qarabağ müharibəsində nə qədərmüasir silahlardan, yüksək texnologiyalardan istifadə olunsa da bugün qürurla qeyd etdiyimiz Qələbəni Müzəffər Ali Baş Komandan İlhamƏliyevin rəhbərliyi ilə Azərbaycan oğulları qazandı. Ən ağırdöyüşlərin getdiyi anda belə əsgərlərin, şəxsi heyətinəhval-ruhiyyəsi, döyüş əzmi zəifləmədi, əksinə hər çətin ərazirelyefinə malik rayonlarımızın düşmən işğalından azad olunduğugünlərdə onların sevincini, keçirdikləri hissləri sözlə ifadə etməkçox çətindir. 27 sentyabr Azərbaycanın hərb tarixinin şanlısəhifəsinə qızıl hərflərlə yazılan gündür. Məhz həmin gün xalqımız,Silahlı Qüvvələrimiz həmrəylik göstərərək möhtərəm Prezidentimiz,Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıxbirləşərək düşmənin növbəti təxribatının qarşısını almaq üçün 44günlük Vətən müharibəsinə başladı. Qarabağın tacı Şuşanın işğaldanazad edildiyi 8 noyabr tarixi isə Zəfər Günü kimi təsis edildi. Bugün hər birimiz qürurluyuq. 30 il düşmən tapdağı altında qaldıqdansonra azad olunan torpaqlarımızda bu gün Azərbaycanın şanlı Bayrağıdalğalanır. Bu torpaqlar bizimdir və biz burada əbədi olacağıq.Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız doğmayurd-yuvalarına qayıdırlar. Bundan böyük xoşbəxtlik olabilərmi?

Vətən müharibəsi qaziləri Məhəmməd Haqverdiyev və Vüsal Həsənovçıxışlarında qeyd ediblər ki, tarixi Zəfərimiz Azərbaycandövlətinin ordu quruculuğu istiqamətində atdığı addımların,xalqımızın birliyinin, həmrəyliyinin, torpaq, Vətən sevgimizintəqdimatı oldu. Bu gün başımız uca, alnımız açıqdır. İşğaldan azadedilmiş torpaqlarda dalğalanan Bayrağımız milli kimliyimiz,qürurumuzdur. Çox xoşbəxtik ki, Azərbaycanımızın Zəfərində bizim dəpayımız var.

2 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi, Vətən müharibəsiiştirakçısı Ceyhun Əliyev Qələbə münasibətilə orden və medallarınıntəsis edilməsindən bəhs edib. Bildirib ki, bu mühüm addım qələbəninəbədiləşdirməsi və iştirakçılara ayrılan ali diqqətintəcəssümüdür.

YAP fəalı Afət Novruzova tarixi Zəfərimizin, ərazibütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsininsevincindən, Qələbənin doğurduğu qürur hissindən danışaraq bununüçün dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə vərəşadətli Ordumuza minnətdarlığını ifadə edib.

Sonda YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsitəqdim olunub.

Xətai
Xətai
Xətai
Xətai
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
az.trend.az

1Mənbələr