AZ

"Məqsədimiz birlik və həmrəylik yaratmaqdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"İyunun 21-də Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verdi. Bu müsahibədə ölkə başçısı bir neçə mühüm əhəmiyətli məqama aydınlıq gətirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Millət vəkili bildirib ki, jurnalist bir çox suallarla Azərbaycan prezidentinin mövqeyini öyrənməyə çalışdı: "Müsahibədə cənab Prezidentə ünvanlanan suallardan biri də Yaşıl dünya naminə həmrəylik ilinin bu il ölkəmizdə elan olunması ilə bağlı oldu. Cənab prezidentin də söylədiyi kimi, bu tədbirin təşkil olunmasında əsas məqsədlərdən biri birlik və həmrəylik yaratmaqdır. Bununla bərabər COP29 zamanı və ondan sonra da Azərbaycan elə bir mühit yaratmaq istəyir ki, bir sıra ölkələr və şirkətlər birgə işləsinlər, qarışıq iddialarını bir kənara qoysunlar və planetin qorunması üçün real addımlar atılsın".

"Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. Məqsədimiz COP29-a ev sahibliyi edəcək ölkə kimi üzərimizə düşən öhdəlikləri layiqincə yerinə yetirməkdir. İlham Əliyev tərəfindən həyata keçirilən bütün tədbirlər başlıca olaraq ölkəmizin inkişafının təməlini təşkil edir. Hesab edirəm ki, bu müsahibə Azərbaycanın qarşısına qoyduğu hədəflərin həyata keçməsinə və gerçəkləşməsinə də öz töhvəsini verəcək" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
2
sia.az

3Mənbələr