AZ

Dövlət başçısı nazirliyin əməkdaşlarını təltif edib

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

 
Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.

 

Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunanlar arasında Elm və Təhsil Nazirliyinin 4 əməkdaşı da var.


 
Sərəncama əsasən, Audit şöbəsinin Audit sektorunun müdiri Mürşüd Rəşidov, Təhsilin iqtisadiyyatı şöbəsinin Büdcə planlaşdırılması sektorunun baş məsləhətçisi İradə Mirzəhmədova, Daxili nəzarət şöbəsinin Məlumat-təhlil sektorunun aparıcı məsləhətçisi Xəqani Qurbanov, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin Təhsilin məzmunu sektorunun baş məsləhətçisi Günel Seyidova  "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.


 
Əməkdaşların hər birini təbrik edir, onlara uğurlar arzulayırıq.

Seçilən
61
2
azedu.az

5Mənbələr