AZ

ABŞ səfiri Rusiya XİN-ə çağrıldı: “cəzasız qalmayacaq”

ABŞ-nin Moskvadakı səfiri Lin Treysi Sevastopoldakı terror aktı ilə əlaqədar demarş edildiyi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. 

Medianews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rusiyaya qarşı hibrid müharibə aparan Birləşmiş Ştatlar Ukrayna silahlı qüvvələrini ən müasir silahlarla, o cümlədən kaset başlıqlı ATACMS raketləri ilə təmin etməklə faktiki olaraq münaqişə tərəfinə çevrilib”, – nazirlik bəyan edib.

Səfirə bildirilib ki, Vaşinqtonun Ukraynada nasistyönlü hakimiyyəti təşviq etmək məqsədi daşıyan bu cür hərəkətləri cəzasız qalmayacaq.

Ayşən

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
medianews.az

1Mənbələr