AZ

Bakıda qətlə yetirilən polis serjantı DƏFN EDİLDİ

Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində keçirilən əməliyyat zamanı həlak olan polis serjantı Mirəli Heydərovun cənazəsi Kürdəmir rayonunda torpağa tapşırılıb.

Referans.az oxu.az-a istinadən xəbər verir ki,  M.Heydərov Kürdəmir rayonunun Cəyli kəndindəki qəbiristanlıqda dəfn edilib.

Qeyd edək ki, Mirəli Füzuli oğlu Heydərov 1996-cı ildə Kürdəmir rayonunun Cəyli kəndində anadan olub. 2020-ci ildən etibarən Daxili İşlər Nazirliyi (DİN) Çevik Polis Alayında xidmət edib. O, subay olub.

-----------
14:10

Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərdən biri, polis serjantı Mahir Ağayev dəfn olunub.

Referans.az oxu.az-a istinadən xəbər verir ki, o, Binə qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərdən biri, polis serjantı Mahir Ağayev dəfn olunur.

Qeyd edək ki, M.Ağayev Binə qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
4
referans.az

10Mənbələr