AZ

Olimpiyaçımızın zədəsi ilə bağlı son DURUMU

“Özümü çox yaxşı hiss edirəm”.

Bunu İdman.bizə Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) deyib.

Paris-2024 Yay Olimpiya Oyunlarının iştirakçısı durumuna aydınlıq gətirib. O bildirib ki, artıq zədəsi ilə bağlı müalicəsi yekunlaşıb: “Bütün prosesləri uğurla başa vurdum. Səhhətimdə hər şey qaydasındadır. Heç bir problemim və narahatlığım yoxdur”.

Onun sözlərinə görə, hazırda yığma ilə birlikdə Göygöldə təlim-məşq toplanışındadır: “Məşqlərimiz yüksək səviyyədə keçirilir. Fiziki və taktiki baxımdan yaxşı təlimlərdə oluruq. Hədəfimiz Paris-2024 Yay Olimpiya Oyunlarında yüksək nəticə əldə etməkdir”.

Qeyd edək ki, Süleymanov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində zədələnmişdi.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
115
idman.biz

1Mənbələr