AZ

Bakıda silahlı insident zamanı həlak olan polislər dəfn edilib

Axtarışda olan şəxsin saxlanılması üçün Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində keçirilən əməliyyat zamanı həlak olan polis serjantı Mirəli Heydərovla Kürdəmirdə keçirilən vida mərasimi başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, polis əməkdaşı Kürdəmir rayonunun Cəyli kənd qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində M.Heydərovun doğmaları, Kürdəmir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu gün həlak olan digər polis əməkdaşları – kapitan Eldəniz Məmmədov Bakıxanov qəsəbə qəbiristanlığında, serjant Mahir Ağayev isə Binə qəsəbə qəbiristanlığında dəfn olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
6
qaziler.az

10Mənbələr