AZ

Böyük Britaniya şahzadəsi qəza keçirib - Xəstəxanaya yerləşdirilib

Böyük Britaniya Kralı III Çarlzın bacısı şahzadə Anna Gatcombe parkında baş verən qəzadan sonra xəstəxanaya yerləşdirilib.

“AzPolitika” xəbər verir ki, bu barədə Bukingem sarayı məlumat yayıb.

“Kral ailəsindən olan şahzadə dünən gecə Gatcombe parkının ərazisində baş vermiş insidentdən sonra yüngül xəsarətlər və beyin sarsıntısı keçirib. O, Bristoldakı Southmead xəstəxanasında müşahidə altında saxlanılır. Krala məsələ ilə bağlı məlumat verilib. Bütün kral ailəsi ilə birlikdə şahzadəyə səmimi sevgil mesajlarımızı çatdırır və onun tezliklə sağalmasını arzulayırıq”,-deyə məlumatda bildirilib.

“Reuters” xəbər agentliyinin məlumatına görə, şahzadənin xəsarət aldığı ərazinin yaxınlığında atlar olubmuş. Onun atların hücumuna məruz qaldığı ehtimal edilir.

“AzPolitika.info”


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
azpolitika.info

1Mənbələr