AZ

Subbakalavrlar üçün xüsusi tədris planı hazırlana bilər

Bakı. Trend:

İmtahan vermədən ali təhsil müəssisələrinə qəbul olmaq imkanıəldə etmiş subbakalavrların hazırlıq səviyyəsi (imtahanınnəticələri əsasında) ali təhsil müəssisələrinə qəbul olanabituriyentlərin hazırlıq səviyyəsindən çox aşağıdır.

Trend xəbər verir ki, bu barədə «Abituriyent» jurnalının 12-cinömrəsində qeyd edilib.

Bildirilib ki, bu, ali təhsil müəssisələrində tədris zamanımüəyyən problemlərin ortaya çıxmasına səbəb ola bilər.

"İmtahanda iştirak edən subbakalavrlarınyarısı 125.7 baldanaşağı nəticə göstərib, tam seçmə üzrə bu göstərici isə 214.5-əbərabər olub. Subbakalavrların ixtisas seçimində iştirak etdiyininəzərə alsaq, onların göstəricilərini ixtisas seçimində iştirakedən abituriyentlərlə müqayisə etmək daha ədalətli olardı və buradabiz müqayisənin daha acınacaqlı olduğunu görürük. Belə ki, ixtisasseçimində iştirak edən abituriyentlərin qəbul imtahanındatopladıqları balların riyazi gözləməsi (332.87) imtahanda iştirakedən subbakalavrların analoji göstəricisindən 2.4 dəfəböyükdür.

Fikrimizcə, ali təhsil müəssisələrində subbakalavr kimi qəbulolanlar üçün xüsusi tədris planı hazırlanmalıdır və onlarınmütəxəssis kimi hazırlığı bu tədris planı çərçivəsində onlarla dahaintensiv məşğul olmaqla həyata keçirilməlidir", - deyə qeydedilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
az.trend.az

1Mənbələr