AZ

Azərbaycan qazının Avropaya ixracı ilə bağlı sifarişlər açıqlanıb

İyunun 24-də Azərbaycan təbii qazının Avropaya nəql olunduğu Trans-Adriatik Boru Kəməri ilə  (TAP) Yunanıstanın Kipoy məntəqəsinə 366 milyon 33 min 291 kVt/saat həcmində Azərbaycan qazının Avropaya ixracına  dair sifariş qəbul edilib. Bu barədə TAP elektron platforması məlumat verib. 

İyunun 25-dən 30-dək Yunanıstanın Kipoy məntəqəsindən gündəlik qaz tədarükü üçün sifarişlər 331 milyon 19 min 866 kVt/saat təşkil edəcək ki, bu da iyunun 18-dən 22-dək olan sifarişlərin həcmindən 9,76% və ya əvvəlki ililə müqayisədə 9,56% azdır. 

Yunanıstanın Komotini məntəqəsindən gündəlik qaz tədarükü üçün iyunun 24-dən iyunun 30-dək sifarişlər ötən həftə olduğu kimi 28 milyon 674 min 418 kVt/saat təşkil edir.

İyunun 24-də Yunanıstanın Nea Mesemvria məntəqəsindən ixracın  həcmi 41 milyon 829 min 986 kVt/saat təşkil edəcək ki, bu da ötən bazar ertəsi ilə müqayisədə 33,08% azdır.

İyunun 25-dən 30-dək Yunanıstanın Nea Mesemvria çıxış məntəqəsindən gündəlik qaz tədarükü üçün sifarişlər 30 milyon 346 min 301 kVt/saat təşkil edəcək ki, bu da iyunun 18-i və 19-u ilə müqayisədə 29,7% azdır. 

İtaliyanın Melenduqnodakı çıxış məntəqəsinə gəlincə, iyunun 24-də 308 milyon 516 min 315 kVt/saat həcmində qaz təchizatı sifarişi daxil olub ki, bu da ötən bazar ertəsi ilə müqayisədə 1,38% çoxdur.

İyunun 25-dən iyunun 30-dək bu məntəqədən 271 milyon 999 min 147 kVt/saat sifariş daxil olub ki, bu da iyunun 18-i və 19-u ilə müqayisədə 11,5 faiz, iyunun 20-nə nisbətən 11,8 faiz, 12,06 faiz azdır. iyunun 21-dən az, keçən həftə sonu ilə müqayisədə 10,6% azdır.
 
N.Təbrizli

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
anews.az

1Mənbələr