AZ

Avropanın ortasında Afrika keyfiyyətində yollar - FOTO

Çoxumuzun ağlına Avropa dedikdə ilk növbədə təzə avtomobillər və gözəl yollar gəlir. Bu fikir əsasən doğru olsa da, qitənin bütün ölkələrinə şamil edilmir. 

Avtosfer.az xəbər verir ki, Dünya İqtisadi Forumu ölkələr üzrə yolların vəziyyəti barədə hesabat yayıb. Hesabat Belçikada ciddi narazılıq doğurub. Məlum olub ki, Krallığın yollarının səviyyəsi Özbəkistan, Benin və Ruandadan daha şağıdır. Ölkə yolların vəziyyətinə görə 119 ölkə arasında 64-cüdür. 2013-cü ildəki statistikada isə Belçika 29-cu idi. Səbəb yol çəkilişinə vəsaitin azaldılmasıdır. 
Dünyada ən yaxşı yollara görə Sinqapur, Niderland, İsveçrə, Yaponiya və Lüksemburq liderlik edir.

Vüqar

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
avtosfer.az

1Mənbələr