AZ

Yeni Kaledoniyada küçə döyüşləri gedir - Etirazçıların lideri Parisə aparıldı

Yeni Kaledoniyada baş vermiş iğtişaşlar 9 nəfərin, o cümlədən, 2 nəfər polis əməkdaşının ölümünə səbəb olub. Faktla bağlı araşdırma aparılır. Etirazçıların lideri Kristian Teyn Fransaya aparılıb. "Nezavisimaya qazeta"nın yazdığına görə, mövcud vəziyyət Parisi çox narahat edir və Fransa qətiyyətli addımlar atmağa hazırlaşır.

Əldə olan məlumata görə, Teyn ilə birlikdə Fransaya daha 6 nəfər fəal aparılıb. Onlar qarətlərdə və ölüm qəsdlərində ittiham oluna bilərlər. Etirazlar zamanı 300 nəfərdən artıq insan yaralanıb, maddi zərər isə 1,6 milyard dollar həcmində qiymətləndirilib. Qeyd edək ki, Yeni Kaledoniyanın 280 min nəfərə yaxın sakini var.

Hazırda 11 nəfər saxlanılıb. Teynin vəkilləri onun siyasi intriqaların qurbanına çevrildiyini bildirirlər.

Sosial şəbəkələrdə isə regiondakı yeni küçə döyüşlərinin kadrları yayılıb.

Hürr Tərcüman

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
hurriyyet.az

1Mənbələr