AZ

Şanlı Azərbaycan Ordusu tarixinin ən şərəfli dövrünü yaşayır

XX əsr dünya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin ardıcıl, davamlı və yaradıcı şəkildə həyata keçirilməsinin nəticəsində hazırda Azərbaycan Ordusu tarixinin ən şərəfli dövrünü yaşayır. Müstəqil dövlət quruculuğumuzun bütün sahələrində olduğu kimi uğurla həyata keçirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu yalnız bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutub, adını müasir tariximizə qızıl hərflərlə yazdırıb.

Dünyanın ən güclü orduları sırasında özünə yer alan Azərbaycan ordusu yarandığı gündən qarşıya qoyulan hədəfləri yerinə yetirdi, ərazi bütövlüyümüzü bərpa etdi. Qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan tarixi xalqımızın milli həmrəyliyi, mübarizə əzmi, ordu quruculuğunun inkişafı ilə dillərə dastan oldu.
Qüdrətli Azərbaycanın Müzəffər Ordusu Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vuraraq zəngin irsimizə yeni şərəfli səhifələr yazdı. Bu qalibiyyət Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun ən parlaq nəticəsi idi.
Azərbaycan ordusunun müasir dövrün tələblərinə cavab verməsi üçün əlindən gələni edən dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev deyirdi: "Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər".
Bu gün ölkəmizin müstəqilliyini, qüdrətini və ərazi bütövlüyünü müdafiə etməyə qadir olan, böyük şanlı yol keçən Şanlı Ordumuz məhz Ulu Öndər Heydər Əliyevin sayəsində böyük nailiyyətlər qazanıb. Zəmanəmizin ən böyük şəxsiyyəti kimi tarixə düşən Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində Milli Ordu formalaşdırıldı. Ümummilli Liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı, milli hərbi kadrlar hazırlandı. Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti sayəsində Azərbaycanda milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar atıldı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bir övlad qədər dəyərli olduğunu qeyd edən dahi şəxsiyyətin ölçüyəgəlməz fəaliyyəti nəticəsində xalqımızın iftixarına çevrilən peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırıldı.
Bu gün Azərbaycan Ordusunun sıralarında ölkəmizin qəhrəman oğulları, həyatını bu şərəfli peşəyə - Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər böyük xidmətlər göstərirlər. Onlar Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün Vətənin keşiyində ayıq-sayıq dayanıblar. Artıq Azərbaycan Ordusu çox güclüdür, çünki onun sıralarında vətənpərvər, xalqa, millətə, torpağa bağlı insanlar qulluq edirlər.
Ordu dövlətimizin təməl prinsiplərindən biri, təhlükəsizliyinin əsas təminatçısıdır. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı ordu quruculuğuna, bu sahədə perspektiv vəzifələrə böyük diqqət yetirən Prezident İlham Əliyev fəliyyəti dövründə Azərbaycanın inkişafı, ordu quruculuğu, qoşunların modern döyüş qabiliyyətinin artırılması istiqamətində böyük uğurlara imza atdı. Dünya səviyyəli siyasətçi kimi dəyərləndirilən Prezident İlham Əliyevin regionda yaratdığı yeni geosiyasi reallıq Ermənistanın və erməni lobbisinin çoxillik səylərini darmadağın etdi. 44 günlük Vətən müharibəsində qazanılan böyük zəfər Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəltdi.
Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. Azərbaycan Ordusunun zəfəri ilə azadlığına qovuşmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu gün dünya ictimaiyyəti Şanlı Azərbaycan Ordusunun, regionun ən güclü ordusunun gücünə, qüdrətinə şahidlik edir. Hərbi qüdrətinin gündən-günə artması Azərbaycan dövlətini və Şanlı Ordusunu bölgədəki sabitliyin qarantına çevirib.

Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
sesqazeti.az

2Mənbələr