Bloomberg saytının yeni hesabatı Apple Vision Pro qarışıq reallıq cihazının növbəti versiyası barəsində bəzi məlumatları özündə əks etdirir. Qeyd etmək lazımdır ki, Vision Pro-nun növbəti versiyası daha ucuz qiymətə satılacaq versiya olmalıdır. Beləliklə Bloomberg-in hesabatına əsasən Vision Pro-nun sadələşdirilmiş versiyasının N107 kod adlı prototipləri daha dar baxış sahəsinə sahibdirlər. Bununla yanaşı məlumatda qeyd edilib ki, Vision Pro-nun sadələşdirilmiş versiyasının çalışması üçün mütləq şəkildə iPhone və ya Mac-a qoşulma tələb edilə bilər. Bu cür tələb isə onu standart Vision Pro-dan tamamilə fərqləndirir. Belə ki, bu ilin əvvəlində satışa çıxmış Vision Pro tamamilə avtonom şəkildə çalışır və ondan istifadə etmək üçün iPhone və ya Mac-a qoşulma tələb edilmir. Bununla belə qarışıq reallıq cihazının sadələşdirilmiş versiyasından istifadə üçün iPhone və ya Mac-ın cəlb edilməsi öz növbəsində cihazın hesablama gücü və komponentləri üçün olacaq xərcləri aşağı salmağa imkan verəcək. Bu isə cihazın daha ucuz qiymətə satılmasını mümkün edəcək. Bloomberg-in hesabatında qeyd edilib ki, Apple öz qarışıq reallıq cihazının sadələşdirilmiş versiyası ilə yanaşı həmçinin standart Vision Pro-nun ikinci nəsli üzərində də çalışır və o, şirkət daxilində N109 kod adına sahibdir. Məlumata əsasən Vision Pro-nun ikinci nəsli daha təkmilləşdirilmiş prosessora və xarici kameralara sahib olmalıdır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta