AZ

Netanyahu şikayət etdi, ABŞ hərəkətə keçdi

İsrailin Baş naziri Binyamin Netanyahunun 4 ay əvvəl ABŞ-dan İsrailə silah daşınmalarında "dramatik azalma" yaşandığını deməsindən sonra silah daşıdığı düşünülən ABŞ yük təyyarəsi Tel-Əvivə eniş edib.

Turkustan.az xəbər verir ki, İsrailin Fələstində törətdiyi qətliamın ən böyük dəstəkçisi olan ABŞ, dünyanın bütün reaksiyalarına baxmayaraq, soyqırımı dəstəkləməyə davam edir . İsrailin Baş naziri Binyamin Netanyahunun silah şikayətindən sonra, silah və sursat daşıdığı düşünülən başqa bir ABŞ yük təyyarəsi bu gün İsrailə enib.

İsrailin baş naziri Binyamin Netanyahu açıqlama verib və ABŞ-dan dəstəyin azalmasından şikayətlənib. İyunun 18 -də verdiyi açıqlamada Netanyahu ABŞ-dan İsrailə silah göndərişində 4 ay əvvəl "dramatik azalma" yaşandığını bildirib və bəzi hissələr istisna olmaqla, silahların əksəriyyətinin gəlmədiyini iddia edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
turkustan.az

1Mənbələr