AZ

Rusiya İsrail sualtı qayığına casusluq edir?

Rusiya kəşfiyyat gəmiləri bu yaxınlarda Kieldəki Thyssenkrupp tərsanəsində suya buraxılan və Şimali Avropa sahillərində sınaq üzgüçülükləri həyata keçirən yeni İsrail Dragon sualtı qayığının sınaqlarını izləyirdi. Bu barədə “Naval News” məlumat yayıb.

Hesabata görə, sualtı qayıqların dənizdəki ilk sınaqları həyatlarının ən həssas vaxtıdır, çünki düşmən donanmaları mühərrik səslərini qeyd etməyə və onları “akustik kitabxanada” saxlamağa çalışır.

Mütəxəssislər İsrail sualtı donanmasının flaqmanına çevriləcək sualtı qayığın sınaq zonasında Rusiyanın iki kəşfiyyat gəmisinin – Vasili Tatişev və Sibiryakovun şübhəli manevrlərini qeydə alıblar.

“Droxford Maritime” nəşri yazır ki, Sibiryakovun manevrləri İsrailin “Dragon” sualtı qayığının hərəkətlərini dəqiqliklə təkrarlayıb.

Ötən həftənin sonunda Almaniyanın “Bild” qəzeti, Kalininqradda yerləşən iki adları çəkilən Rusiya gəmisinin NATO-nun Baltikyanı dəniz təlimlərinin gedişatını izləmək üçün Kiel körfəzinin Baltik dənizinə çıxışında mövqe tutduğunu yazıb. Qeyd olunub ki, rusların şifrlənməmiş telefon danışıqlarını dinləməyə imkan verən avadanlıqları var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
veteninfo.az

1Mənbələr