AZ

Stiv Klark Macarıstana məğlubiyyətə aydınlıq gətirdi

Şotlandiya yığmasının baş məşqçisi Stiv Klark AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Macarıstan yığması ilə oyunu (0:1) şərh edib.

Arena.az xatırladır ki, macarlar qələbə qolunu oyunun əsas vaxtına əlavə edilmiş təzminat dəqiqələrində (90+10) vurublar.

Şotland mütəxəssis bu oyun haqda fikirlərini hakimlikdən narazılığını dilə gətirməklə səsləndirməyə başlayıb:

“Başqa sözlərim var, amma onlardan istifadə etmək istəmirəm. Avropa çempionatına avropalı hakimlərlə getmək daha yaxşı ola bilərdi, amma VAR avropalıdı, fəqət hakimi çağırmırsınızsa, VAR-ın olmasının nə mənası var?! Belə məğlubiyyətdən sonra bunun öhdəsindən gəlmək üçün vaxt gərəkdir. Çox yaxşı rəqiblə oynadıq və yarım saatdan sonra bu işin sona çatacağını bilirdik. Sonda açıldıq və təəssüf ki, daha irəli gedə bilmədik. İki komanda arasında heç bir fərq yox idi”, – deyə Stiv Klark bildirib.

Qrup mərhələsinin yekununda “A” qrupunun yarış cədvəlində komandalar belə sıralanıblar:

  1. Almaniya – 7 xal
  2. İsveçrə – 5 xal
  3. Maracırstan – 3 xal
  4. Şotlandiya – 1 xal

Almaniya və İsveçrə yığmaları yarışın 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanıblar.

Macarıstan yığmasının aqibəti isə qrup mərhələsinin sonunda məlum olacaq. Meydanda gücləri qrupda 3-cü yeri tutmağa yetmiş macarlar, 3-cü yeri tutmuş 4 ən yaxşı yığma arasında yer alaraq 1/8 final mərhələsinə vəsiqə qazanmaq üçün indi ancaq dua etəklə məşğuldurlar.

Şotlandiya yığması da şələ-küləsini toplayıb evə qayıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
arena.az

1Mənbələr