AZ

Kennedi Ukraynanın Sevastopola hücumunu pislədi

ABŞ prezidentliyinə müstəqil namizəd olan Robert Kennedi (Eks-prezident Kennedinin qardaşı-red.) X sosial şəbəkəsində Ukrayna Silahlı Qüvvələrinin Amerikanın ATACMS raketləri ilə Sevastopola hücumunu ehtiyatsız eskalasiya adlandırıb.

Kennedi xəbərdarlıq edib ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin mülki şəxslərə kaset bombası hücumlarına görə ABŞ-ı məsuliyyətə çəkəcək.

Xatırladaq ki, dünən Ukrayna Silahlı Qüvvələri Amerika istehsalı olan 5 ATACMS raketi ataraq Sevastopola hücum edib. Onlardan biri insanların istirahət etdiyi çimərlik üzərində partlayıb. Hücum nəticəsində ikisi uşaq və ikisi böyük olmaqla 4 nəfər ölüb, 150-dən çox adam yaralanıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
news365.az

1Mənbələr