AZ

Lavrov Belarusa getdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusa iki günlük rəsmi səfərə gəlib.

Ucnoqta.az xəbər verir ki, Rusiya diplomatiyasının rəhbərinin təyyarəsi Minsk hava limanına enib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova səfərin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümünə təsadüf etdiyini qeyd edib.

Diplomatın sözlərinə görə, səfər proqramına Lavrovun Belarus prezidenti Aleksandr Lukaşenko, Respublika Şurasının və Milli Assambleyanın Nümayəndələr Palatasının sədrləri Natalya Koçanova və İqor Sergeenko ilə görüşləri daxildir. Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri belaruslu həmkarı Sergey Aleyniklə danışıqlar aparacaq.///tass

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
ucnoqta.az

1Mənbələr