AZ

Ekologiyanın və ətraf mühitin mühafizəsi ən prioritet məsələdir - TƏHLİL

Dünyamız iqlim dəyişikliyi təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda ekologiyanın, ətraf mühitin mühafizəsinin, müdafiəsinin artıq daha da vacib məsələ olduğu qənaətinə dərhal gəlinir. İndi bütün bəşəriyyət üçün ən vacib məsələnin məhz ekologiya, ətraf mühitin mühafizəsi məsələsi olduğu bəllidir. Ekologiyanın və ətraf mühitin mühafizəsi, qorunması indi bütün dünya ictimaiyyəti üçün ən prioritet məsələ olaraq qəbul edilir və bu, başdüşüləndir.

Bəşəriyyət inkişaf etdikcə, təbii sərvətlərdən daha çox istifadə edilməsinə ehtiyac böyük sürətlə artır. İnsan cəmiyyəti inkişaf etdikcə, dünya əhalisinin sayı artdıqca texnikanın, sənayedə istifadə edilən avadanlıqların sayının artması, nəticə etibarı ilə tullantıların miqdarının artmasına gətirib çıxrır. Bu isə həm təbii sərvətlərin sürətlə tükənməsi, gələcək nəsillərə qalmaması ehtimalının artması, eləcə də ən əsas problem olan, təbiətin, ətraf mühitin, ümumilikdə ekologiyanın çirkləndirilməsi deməkdir. Deməli, artıq bunun qarşısının alınması zərurəti yaranır və insan cəmiyyəti artıq müvafiq işlər görməli, lazımi addımlar atmalıdır ki, həm təbii sərvətlər gələcək nəsillər üçün də qalsın, həm də ilk növbədə ətraf mühitin, təbiətin, ekologiyanın çirklənməsi məsələsi aradan qaldırılsın və heç olmasa çirklənmə minimuma endirilsin. Yəni, elə etmək lazım gəlir ki, mümkün qədər təbii sərvətlər az istifadə olunsun və ehtiyat olaraq gələcək üçün də saxlanılsın və eləcə də tullantıların miqdarı tamamilə azaldılsın, yox dərəcəsinə endirilsin ki, bizi əhatə edən təbiətin sürətlə çirkləndirilməsinin qarşısı alınsın.

Sözsüz ki, neft ölkəsi olan, sənayesi inkişaf edən bir ölkədə, yəni, Azərbaycanda tullantıların, atmosferin, ümumilikdə ətraf mühitin zərərli maddələrlə, tullantılarla çirklənməsi məsələsinin qarşısının alınması hər zaman aktual məsələ olub. Etiraf etmək lazıdır ki, müstəqilliyimizin yenidən bərpa edilməsinə qədər, daha dəqiq desək, Sovetlər İttifaqı dövründə Azərbaycan ərazisində nə təbii sərvətlərin qənaətlə istifadəsi, nə də ətraf mühitə vurulan zərər nəzərə belə alınmayıb. Kreml üçün ən vacib məsələnin məhz zavodların var gücü ilə işləməsi, daha çox məhsul hasil etməsi olduğunu hamımız yaxşı bilirik. Yaxşı bilirik ki, 70 illik Sovet hakimiyyəti dövründə Azərbaycanın təbii sərvətləri çox böyük israfçılıqla istifadə edilmiş, hətta həmin təbii sərvətlərin tullantılarının ərtafa yayılması, atılması da, zavod və fabriklərin atmosfer havasını çirkləndirməsi də zərrə qədər Moskvanı maraqlandırmayıb. Hətta Ulu Öndər Heydər Əliyev həmin dövrdə zavodlardan çıxan zəhərli və zərərli qazların, eləcə də tullantıların minimuma endirilməsi üçün yeni, daha inkişaf etmiş, ən innovativ qurğulardan, avadanlıqlardan və üsullardan istifadə edilməsinin zəruriliyi məsələsini qaldıranda və bunu həmin dövrün hakimiyyətindən tələb edəndə bu, SSRİ hakimiyyətindən təmsil olunanların heç də xoşuna gəlməmiş və Ümummilli Lider Heydər Əliyevə qarşı bununla bağlı təzyiqlər də edilmişdir. Amma həmin dövrdə bunu etmək çox çətin və özü üçün, öz həyatı üçün təhlükəli olmasına baxmayaraq, Ulu Öndər öz tələbində israrlı olmuşdur.

Bəli, ekologiya məsələlərinə, ətraf mühitin qorunması, təbiətin çirkləndirilməməsi məsələsinə diqqət və qayğı məhz Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra hədsiz dərəcədə artıb. Xüsusən də Ulu Öndər Heydər Əliyev bu məsələni diqqətdə saxlamış və ekologiyanın qorunması məsələsinə xüsusi qayğı ilə yanaşmışdır. Ümumiyyətlə, Azərbaycanda ekologiyanın, ətraf mühitin mühafizəsi məsələsi üçün tədbirlərə məhz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi, tapşırığı və gördüyü işlərlə start verildi. Ona görə də ölkəmizdə ekologiyanın belə mühafizəsində əldə olunan nailiyyətlərə diqqətin, qayğının özü də məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə, məhz müstəqilliyin ilk illərində Heydər Əliyev ölkəmizdə ekoloji tarazlığın bərpa edilməsi istiqamətində müvafiq sərəncamlar imzalamaqla, əməli addımlar atmaqla böyük işlərə start verdi və bu gün Ulu Öndərin ənənəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Respublikamızın ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi, meşə ərazilərinin mühafizəsi, qorunması təsdiq edir ki, həmin ənənə uğurla davam etdirilir. Dövlətimiz hal-hazırda bu məsələyə xüsusi diqqət göstərir və ətraf mühitin, ekologiyanın mühafizəsi nəzarətdə saxlanılır.

Qəbul etmək lazımdır ki, ekolguyanın qorunması, ətraf mühitin mühafizəsi təkcə dövlətin, dövlət başçısının, dövlət orqanlarının yox, həmçinin cəmiyyətin də maraq dairəsində olmalıdır. Çünki təbiətin, ətraf mühitin qorunmamasının, onun çirklənməsinin nəticə etibarı ilə ekoloji problemlərə, ekoloji tarazlığın pozulmasına gətirib çıxara biləcəyini bütövlükdə insan cəmiyyəti bilməlidir və bilir. İnsan cəmiyyəti bilir ki, təbiətin mühafizə edilməməsi, çirkləndirilməsi bütövlükdə insan cəmiyyəti üçün təhlükəli vəziyyətin yaranması deməkdir. Onu da bilir ki, qlobal istiləşmədən tutmuş, təbiətdə su ehtiyatlarının tükənməsinə qədər bütün arzuolunmaz şərait məhz ekoloji tarazlıqla bağlıdır və bu baxımdan ətraf aləmin qorunmasının nə dərəcədə əhəmiyyətli olduğu da zərrə qədər şübhə doğurmur.

Sevindirici haldır ki, ümumilikdə cəmiyyətimiz sözügedən məsələyə çox ciddi yanaşır və təbiətin, ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə qətiyyən laqeyid deyil. Elə ekoaktivistlərin dinc aksiya keçirmələri də bu baxımdan təsadüfi sayılmır, ekologiyanın çirklənməsinə qarşı Azərbaycan cəmiyyətinin haqq səsinin ucaldılması kimi qiymətləndirilir. Sərvətlərimizi talan edən, yerini də viran qoyan ermənilərin filiz yataqlarımızda da analoji vəziyyətə səbəb olan əməllərinə qarşı cəmiyyətimizin çıxması, ətraf mühitin qorunmasının bizim üçün nə dərəcədə dəyərli olduğunu bir daha təsdiq edir. Təsdiq edir ki, cəmiyyətimiz məhz ermənilərin ərazilərimizi işğal altında saxladığı dövrdə bizə məxsus olan torpaqlarda ekoloji terror törətmələri, fauna və floraya ciddi şəkildə ziyan vurmaları, su hövzələrimizə, meşələrimizə, yaşıllıqlarımıza qənim kəsilmələri, sularımızı çirkləndirmələri, ağacları qırıb daşımaları, yaşıllıqları məhv etmələri, yandırmaları, ərazilərimizin həm bitgi örtüyünə, həm də heyvanat aləminə zərər yetirmələri, nəticədə də ekoloji tarazlığı pozmaları cəmiyyətimiz tərəfindən qəbuledilməz hesab olunur. Bu həm də onu təsdiq edir ki, Azərbaycan ekologiyanın, ətraf mühitin, təbiətin qorunduğu, mühafizə edildiyi bir ölkədir və ölkəmizdə ekoloji məsələlərə həssas yanaşılır, ətraf mühitin mühafizəsi ən prioritet məsələdir.

İnam Hacıyev

Yazı Azərbycan Respublikası Medinın İnkişfı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühfizəsi” istiqməti çərçivəsində hazırlanıb

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
sesqazeti.az

1Mənbələr