AZ

AVRO-2024: Türkiyə millisinin qapıçısı heyətdən çıxarılıb

Türkiyə millisinin qapıçısı Doğan Alemdar heyətdən çıxarılıb.

“İki sahil” qardaş ölkənin mətbuatına istinadən xəbər verir ki, Fransa təmsilçisi "Trua"nın qapıçısı məşq zamanı dizindən zədə aldığı üçün AVRO-2024-də iştirak edə bilməyəcək.

Qeyd edək ki, F qrupunda yer alan "ay-ulduzlular" ilk oyunda Gürcüstan millisinə 3:1 hesabı ilə qalib gəlib. İkinci görüşündə Portuqaliyaya 0:3 hesabı ilə uduzan Vinçentso Montellanın rəhbərlik etdiyi yığma iyulun 26-da Çexiya ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
8
ikisahil.az

10Mənbələr