AZ

Nvidia DLSS, gələcəkdə generativ süni intellektdən istifadə edəcək!

     Jensen Huang, bir sual-cavab tədbirində DLSS-in gələcək versiyalarının süni intellekt vasitəsilə sıfırdan tekstura və obyektlər yarada biləcəyini söyləyib. Huang, həmçinin AI NPC-lərin də tamamilə DLSS vasitəsilə yaradıla biləcəyini vurğulayıb. DLSS gələcəkdə GPU-ların yükünü daha da yüngülləşdirəcək, çünki o, oyunlarda sıfırdan personajlar və ya teksturalar yarada bilən süni intellekt tərəfindən dəstəklənəcək. Bu, həm səmərəlilikdə, həm də performansda əhəmiyyətli qazanclara səbəb ola bilər.     Huang-ın qeyd etdiyi sıfırdan yaratma imkanları əslində o qədər də uzaq olmaya bilər. Şirkət hazırda video yaddaş tələblərini dəyişmədən tekstura keyfiyyətlərini yaxşılaşdırmaq üçün neyron şəbəkələrə əsaslanan tekstura sıxışdırma texnologiyası üzərində işləyir. Ənənəvi tekstura sıxışdırma metodologiyaları 8x sıxışdırma nisbəti ilə məhdudlaşsa da, Nvidia texnologiyasının 16x nisbətinə qədər sıxışdırma qabiliyyətinə malik olduğu bildirilir. Bu texnologiyanın, vizual keyfiyyətdə əhəmiyyətli yaxşılaşma təmin edəcəyi gözlənilir.     Huang-ın növbəti nəsil DLSS üçün qeyd etdiyi ən vacib məqamlardan biri də oyundaxili asset-lərin yaradıla bilməsidir. Hazırda DLSS, süni şəkildə kadrlar yaradıb, real kadrlar arasına daxil edə bilir. Sıfırdan asset-lərin yaradılması DLSS-in növbəti böyük addımı ola bilər. Huang, DLSS-in oyundaxili asset-lər yarada bilməklə yanaşı, həmçinin NPC-lər də yarada biləcəyini söyləyir. Onu da qeyd edək ki, Nvidia ACE proqramı çərçivəsində AI NPC-lər üzərində işləyir. Bu NPC-lər, oyunçularla unikal söhbətlər qura və söhbətə uyğun cavab verə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
technote.az

1Mənbələr