AZ

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib25

                Naftalan Şəhər İcra Hakimiyyətinin və Dövlət Miqrasiya Xidməti Gəncə Regional Miqrasiya idarəsinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqları və Azərbaycan Respublikasında yerləşən mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlərdə olduğu yer üzrə qeydiyyat qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

            Tədbirdə Naftalan ŞİH başçısının müavini, Dövlət Miqrasiya Xidməti Gəncə Regional Miqrasiya idarəsinin nümayəndələri, şəhərdə fəaliyyət göstərən idarə təşkilat və müəssisə rəhbərləri və digər məsul şəxslər iştirak edib.

            Dövlət Miqrasiya Xidməti Gəncə Regional Miqrasiya idarəsinin nümayəndələri “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”, “Miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyətlər”, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqları və Azərbaycan Respublikasında yerləşən mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlərdə olduğu yer üzrə qeydiyyat qaydaları” mövzusunda məruzələrlə çıxış edib, həmçinin miqrasiya qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyətlər barədə insan hüquqları kontekstində ətraflı məlumat veriblər.

            Naftalan şəhərinin beynəlxalq turizm mərkəzi olaraq xarici turistlərin böyük maraq dairəsində olmasını nəzərə alaraq turistlər üçün rahat şəraitin yaradılması və problemlə qarşılaşmamaları üçün həmin turistləri qəbul edən sahibkarlıq subyektlərinin miqrasiya sahəsində Dövlət Miqrasiya Xidməti ilə sıx əlaqəli şəkildə işlərinin təşkil olunmasının zəruriliyi də tövsiyyə olunub.

            Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
naftalan-ih.gov.az

2Mənbələr